Beynəlxalq Kitab Bağışlama Günü"-nə həsr olunmuş bilik yarışı

14.02.2025-ci il tarixində məktəbin akt zalında siniflər arasında Ana dili aylığı və "Oxuyaraq böyüyən dəyərlər" layihəsi çərçivəsində "Beynəlxalq Kitab Bağışlama Günü"-nə həsr olunmuş bilik yarışı təşkil olundu.
Şagirdlərə yarışmadan öncə müxtəlif milli və xarici əsərlərin oxunması tapşırılmışdır və yarışmada əsərlərdən suallar təqdim olundu. Şagirdlər həvəslə suallara cavab verərək fəal iştirak etdilər.
Yarışın keçirilməsində məqsəd mütaliəyə həvəsin artırılması, oxuyub-anlama vərdişlərin təkmilləşdirilməsi idi.