"Fəza cisimləri" mövzusunda tədbir

5 fevral 2025-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynova "Fəza cisimləri" mövzusunda tədbir keçirdi. Tədbirin qəhrəmanları məktəbəhazırlıq qruplarının şagirdləriidilər.
Tədbirin əsas məqsədi uşaqlara kosmos, planetlər və ulduzlar haqqında məlumat vermək, onların maraq və biliklərini artırmaq idi.
Tədbir çərçivəsində tədbir iştirakçıları üçün maketlər, səhnəcik və musiqili hissə təşkil olundu. Kiçik kosmonavtlarımız "Bip Bip" mahnısını ifa edərək tədbirə xüsusi rəng qatdılar. Səhnəciklər və yaradıcı yanaşmalar sayəsində uşaqlar kosmos haqqında həm öyrəndilər, həm də əyləndilər.
Məktəb rəhbərliyi və valideynlər tədbiri yüksək qiymətləndirdilər. Bu maraqlı tədbir gələcəkdə uşaqların elmə və öyrənməyə olan sevgisini artırmaq üçün gözəl bir addım oldu.