20 Yanvar faciəsi ilə əlaqədər “Dəyirmi masa”
Məktəbin kitabxana müdiri Alidə Hadıyeva və Fəxriyyə Cəfərova kitabxanada 20 Yanvar faciəsi ilə əlaqədər “Dəyirmi masa” təşkil etdilər.
“Dəyirmi masa”da məktəbin direktoru Pərvanə Abbasova da iştirak etdi.
Direktor şagirdlərə 20 Yanvar hadisələri və bu qanlı gecənin xalqımızın yaddaşında hansı izləri buraxdığı haqqında geniş danışdı. 20 Yanvar hadisəsi bizi bir xalq olaraq müstəqilliyə, azadlığa apara bir yol oldu
Kitabxanaçı Fəxriyyə Cəfərova isə Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən oğul və qızları heç zaman unutmamağı, onları daim dərin ehtiramla yad etməyi tövsiyyə etdi.
Bakının ən yüksək zirvəsində salınmış “Şəhidlər xiyabanı” isə əsrlər keçsə də xalqımızın daim və əbədi ziyarətgahı olacaq.