20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir

     17.01.2025-ci il tarixində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

     Tədbirdə məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, UBTR Günay Rəsulova, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

     Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsil qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.

     Öz suverenliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

     Tədbirdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi