I yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə start verildi
13 yanvar 2025-ci il tarixindən etibarən I yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə (BSQ) start verildi.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.