Rus dili aylığı çərçivəsində keçirilən tədbir

 

   

   Yola saldığımız ilin hesabatını vermək məqsədilə 27.12.2024-cü il tarixində məktəbin rus dili müəllimləri yeni il qabağı məktəbdə keçirilən tədbirlər sırasına qoşuldular.

   Tədbir iştirakçıları ənənəyə uyğun olaraq duz–çörəklə qarşılandılar. Əvvəlcə Rusiyanın paytaxtı, iri şəhərləri, görməli yerləri haqqında video-çarx nümayiş etdirildi. Sonra aparıcılar lap qədimdən bu ölkədə mövcud olan adət-ənənələrdən, bayramlardan, xüsusilə də Yeni ilin necə qarşılanmasından danışdılar.

   6 “C” sinfinin şagirdləri rus folklor nümunəsinə uyğun kupletlər (частушки) oxudular. Tədbir 5 ”F” sinfinin şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş “Qoğal” nağılının tamaşası ilə davam etdi.

   Tədbirdə həmçinin 5”Ə”, 5”D”, 5”Ç”, 5”B”, 5”E” sinif şagirdləri atalar sözləri, tapmacalar, Yeni ilin qarşılanmasına həsr olunmuş şeirlər söylədilər.

   Sonda məktəbin direktoru Pərvanə Abbasova, direktor müavini Tahir Ağayev çıxış edərək şagirdləri Yeni il münasibətilə və xarici dilin öyrənilməsində qazandıqları uğurlar münasibətilə təbrik etdilər.

   Tədbirdə həmçinin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, rus dili müəllimləri Mədinə Əhmədova, Şəmsiyyə Səfərəliyeva, Mehriban Yusubova, Şəhla Nəsirova, Sona Əhmədova, Mehriban Quliyeva, Yeganə Şükürova, Afaq Bayramova və digər müəllimlər iştirak etdilər

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi