Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi
20 dekabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının 100 illiyi keçirilir. Bu səbəblə məktəbin tarix müəllimi Şəhla Əsədova 9”Ç” sinfində nümunəvi dərs təşkil etdi.
Dərs zamanı müəllim şagirdlərə bir neçə video-çarx izlətdi. Video-çarxda qədim dövrlərdən Naxçıvanda hansı tayfaların məskunlaşdığı, həmin ərazidə baş berən mübarizələr haqqında ətraflı məlumatlar verildi.
Daha sonra şagirdlər hazırladığı təqdimatları, məruzələri nümayiş etdirdilər.