"BilBacar" layihəsi üzrə keçirilən "Yarış" mərhələsi
BilBacar müsabiqəsinin dekabr ayı üzrə “Yarış” mərhələsinə start verilib.
Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması, eyni zamanda xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsi nəzərdə tutulub.
Platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edir. Qeyd edək ki, bu bölməyə şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya telefon vasitəsilə daxil olurlar.