Fizika fənn aylığı çərçivəsində şagirdlərin təqdimatı

20 dekabr 2024-cü il tarixində məktəbin fizika müəllimi Gülbahar Zamanova 9-cu sinif şagirdləri ilə “Fizika fənn aylığı” çərçivəsində tədbir təşkil etdi. Tədbir fizika fənni üzrə bir çox mövzuları əhatə etdi. Maqnit sahəsi, cərəyan kimi mövzular. Şagirdlər istilik keçirmənin növlərini, atmosfer təzyiqini təcrübə yolu ilə təyin etdilər. Maqnitin təsirlərini təcrübə vasitəsilə göstərdilər. Daha sonra fizika elmində dönüş yaradan alimlərin həyatı haqqında məlumatlar verdilər. Tədbirin sonunda fizika fənni STEAM fənni ilə əlaqələndirildi. Yarımkeçiricilər mövzusundan təcrübələr nümayiş etdirdilər. Radionun quraşdırılması ilə FM radiosu ilə bağlantı yaradıldı.
Tədbirdə məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və digər fizika müəllimləri iştirak etdilər.