"Aqressiyanın forma və göstəricilərinin" diaqnostikası mövzusunda testlər

   16.12.2024-cü il tarixində məktəbin psixoloqu Vəfa Ağayeva 8”G”, 8”B”, 8”Ə” və 8”A” siniflərində "Aqressiyanın forma və göstəricilərinin" diaqnostikası mövzusunda testlər keçirdi, maarifləndirici söhbətlər apardı. Söhbət zamanı şagirdlərin “Aqressiya nədir?” sualına psixoloq geniş şəkildə cavablandırdı.

     Aqressiya insanın digər insana fiziki və mənəvi hücum edərək zərər vermək istəməsidir. Yeniyetmələr arasında belə hallara çox rast gəlindiyi üçün psixoloq Vəfa Ağayeva həmçinin şagirdlərlə aqressiyanı necə idarə etmələri yollarını da izah etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi