“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi"nə həsr olunmuş “Dəyirmi masa”
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli sərəncamına əsasən məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və kitabxanaçı Fəxriyyə Cəfərova 9"A" sinif şagirdləri ilə “Dəyirmi masa” təşkil etdi.
“Dəyirmi masa”da itabaxanaçı Fəxriyyə Cəfərova şagirdlərə bu sərəncam haqqında ümumi məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov isə şagirdlərə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişaf səviyyəsi barədə şagirdlərə məlumat verdi.
Sonda şagirdlər Naxçıvan şəhəri haqqında öz fikirlərini bildirdilər və Naxçıvanda olan abidələr haqqında məlumat verdilər.