Şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi
Məktəbin ibtidai sinif müəllimi Həcər Məmmədova və kitabxanaçı Fəxriyyə Cəfərova 3”C” sinif şagirdləri ilə birgə oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın daha da artırılması məqsədilə məktəb kitabxanasında görüş keçirildi. Görüşdə kitabın həyatımızda, dünyagörüşümüzün artırılmasında nə qədər önəmli olduğu haqqında söhbət aparıldı. Şagirdlərə kitablardan, kitabxanadan istifadə qaydaları haqqında məlumat verildi. Daha sonra şagirdlərlə oxuduqları kitablar haqqında müzakirələr aparıldı.