Fizika aylığı çərçivəsində fizika fənn müəllimlərinin hazırladığı guşə

    Fizika aylığı çərçivəsində fizika müəllimlərini təşbbüsü ilə “Fizika güşəsi” yaradıldı. “Fizika güşəsi”ndə fizikaya aid əşyalar hazırlanaraq, təqdim olunub.

    “Fizika” yunan sözü olan “physics” sözündən əmələ gəlib və mənası “təbiət” deməkdir. Təbiətin tədqiqinə həsr edilmiş ilk kitab belə adlanırdı. Bu kitabı  hələ eramızdan əvvəl IV əsrdə Aristotel yazmışdı. Fizika təbiət haqqında əsas elmlərdən biridir. O, mexaniki, istilik, elektrik və maqnit hadisələrini öyrənir, təbiətdə baş verən hadisələrin və proseslərin tabe olduğu qanunları müəyyən edir. Yaşadığımız dünyanı dərk etmək o qədər də asan deyildir. Sadə və mürəkkəb təcrübələr burada böyük rol oynayır. 

    Amma fiziklər bununla məhdudlaşmırlar. Təcrübələrin nəticələri alimlərə fiziki qanunlar və nəzəriyyələr yaratmaq imkanı verir. Buna görə də riyaziyyatı bilmək əsas şərtdir. Riyaziyyatı müasir fizikanın dili adlandırırlar.

    Müasir fizikada Kainat nəhəng fiziki laboratoriya rolunu oynayır. Burada ifrat yüksək və ifrat aşağı temperaturlar, ifrat yüksək və ifrat aşağı təzyiqlər güclü qravitasiya və maqnit sahələri tədqiq edilir. Bütün bunlar kosmosda var.  Yer kürəsindəki laboratoriyalarda isə onları yaratmaq çox çətindir və  ya qeyri-mümkündür. 

    Kainatın möhtəşəmliyini və nəhayətsizliyini, dünyanın fiziki və astronomik mənzərəsini canlandırmağa çalışan filosoflar fizika və astronomiyanın məlumatlarına əsaslanırlar.

Məişətdə istifadə etdiyimiz bütün cihaz və mexanizmlər, habelə nəqliyyat, müxtəlif binaların tikintisi və hərbi texnika fizika elminin nailiyyətləri əsasında yaradılır. Əlbəttə, kosmosu da fizikasız fəth etmək mümkün olmazdı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi