Dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günüdür
Dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günüdür. Bu səbəblə məktəbin biologiya müəllimləri Rəfiqə Aşurova və Səkinə Zeynalovanın təşkilatçılığı ilə məktəb kitabxanasında tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə Rəfiqə Aşurova açdı, QİÇS haqqında qısa məlumat verdi. Daha sonra VIII və X sinif şagirdləri bu xəstəlik haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər. Təqdimatdan əlavə şagirdlər xəstəliyin fəsadları barədə dədolğu məlumat verdilər. Sonda UBTR Günay Rəsulova və tərbiyə işləti üzrə direktor müavini Rahil Hüseynov QİÇS xəstəliyi barədə profilaktik söhbət apardılar.