BilBacar müsabiqəsinin noyabr ayı üçün “Yarış” mərhələsi başlayıb

    25 noyabr tarixindən etibarən BilBacar müsabiqəsinin “Yarış” mərhələsi başlayıb.

    Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması, eyni zamanda xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblərin müəyyən edilməsi nəzərdə tutulub.

    Platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edir. Qeyd edək ki, bu bölməyə şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya telefon vasitəsilə daxil olurlar.

   

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi