"Xarı bülbül qoxulu Zəfər Günü"

     2020-ci ilin 27 sentyabrı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin başlandığı tarix kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. O Vətən müharibəsi ki, şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydu. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.  Hər il olduğu kimi məktəblərdə 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.  

    Məktəbin ibtidai sinif müəllimi Zərifə Məmmədovanın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib.

    Tədbirdə məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və ibtidai sinif müəllimləri iştirak ediblər.

    Tədbir başlamadan öncə igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla anılıb. Daha sonra tədbirin bədii hissəsi başlayıb.

    Tədbirin sonunda müəllim Zərifə Məmmədova fikrini “Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.” cümləsi ilə bitirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi