Monitorinq keçirildi
Məktəbin 4-cü siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılıb.
Monitorinqin keçirilməsində əsas məqsəd ibtidai təhsilin buraxılış siniflərində şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
Monitorinqin nəticəsi şagirdlərin qiymətləndirilməsinə təsir göstərmir.