"COP- 29 insan sağlamlığının qorunmasına da mühüm tövfə verəcək" adlı “Dəyirmi masa”
Məktəbin kitabxanasında kitabxanaçı və tibb bacısı 8 "D" sinif şagirdləri ilə birgə "COP- 29 insan sağlamlığının qorunmasına da mühüm tövfə verəcək" adlı “Dəyirmi masa” təşkil etdilər.
“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd çirkli hava, bəzi qazların havada miqdarının artması və ozon təbəqəsinin deşilməsi ilə bağlı problemləri şagirlərlə müzarikə etmək idi.
“Dəyirmi masa”nı giriş sözü ilə açan kitabxanaçı Fəxriyyə Cəfərova COP-29-u Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbir adlandırdı və COP-29 haqqında məlumat verərək, bir şagird olaraq nələri etmək lazım olduğunu vurğuladı.
Məktəbin tibb bacısı Rəna Əliyeva isə iqlim dəyişikliyinin ən çox həssas və müdafiəsiz əhali qruplarına təsir edəcəyini bildirdi. Ona görə də şagirdləri daha da diqqətli olmağa və həyatımızın rutini olan şəxsi gigiyena qaydalarına əməl etməsini tövsiyə etdi.