Ümumdünya çörək günü

     “Çörək bol olarsa, basılmaz Vətən” – söyləyib Xalq şairi Səməd Vurğun. 16 oktyabr bütün dünyada Ümumdünya Çörək Günü kimi qeyd olunur.

      Bayram 2006-cı ildə Beynəlxalq Çörəkçilər və Çörəkçi-Şirniyyatçılar İttifaqının təşəbbüsü ilə təsis edilib. Tarix isə 1945-ci ilin eyni günündə yaradılan və kənd təsərrüfatının, onun istehsalının inkişafı ilə bağlı problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaranma günü seçilib. Qeyd edək ki, Ümumdünya Ərzaq Günü də bu hadisəyə həsr olunub.

    Çörək və çörək məmulatları dünyanın hər yerində həmişə ən çox sevilən ərzaq məhsuludur. Hətta əksəriyyət müxtəlif pəhrizlərə əməl etdiyi bir zamanda belə, onlar çörəyi daha az kalorili qalet peçenyeləri və ya suxarilərlə əvəz edirlər. Müxtəlif milliyyətlərdən olan insanlar çörəyə qənaətlə və qayğı ilə yanaşırlar. O, hər zaman olduğu kimi, həyatın rəmzi sayılır. Əvvəllər isə çörək ailədə bərəkət və firavanlığın əsas əlaməti idi.

     Çörəyin tarixi də minilliklərlə hesablanır. Elmi tədqiqatlara əsasən, ilk çörək məmulatları təqribən 8 min il əvvəl yaranıb. Zahirən onlar yaxmaca bənzəyir, sudan və yarmadan hazırlanır və dağ olmuş daşların üzərində bişirilirdi. İlk mayalı çörəyi isə Misirdə bişirməyə başlayıblar. Artıq çörək  doyurucu hesab edilir və günəşlə rəmzləşdirilərə, hətta ona bərabər tutulur, qədim əlyazmalarda mərkəzində nöqtə olan dairə rəmzi kimi təsvir edilib.     

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi