Tarix yazan oğullar

   27.09.2024-cü il tarixində məktəb rəhbərliyinin təşəbbüsü ilə Anım Günü keçirildi. “Anım Günü”ndə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi anılıb.

   "Torpaq, uğrunda ölən varsa, Vətəndir!". Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarımızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər.

    Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi