27 sentyabr -  “Anım Günü”

    27 sentyabr -  “Anım Günü” ilə əlaqədar olaraq məktəbin 2 “B” sinif müəllimi Aytən Ovçuyeva və kitabxanaçı Fəxriyyə Cəfərova ilə birgə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir təşkil etdilər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

    Sonra müəllim Aytən Ovçuyeva Qarabağ döyüşləri haqqında məlumat verdi. Qarabağın Azərbaycan xalqı üçün necə dəyərli olduğundan danışdı. Fəxriyyə Cəfərova isə Şəhidlərin həyatından bəhs olunan kitabları şagirdlərə nümayiş etdirdi. Şagirdlər “Anım Günü” ilə əlaqədar olaraq şəirlər və məlumatlar təqdim etdilər.

    Sonda isə "ŞƏHİDLƏR ÖLMƏZ ,VƏTƏN BÖLÜNMƏZ "kəlməsini səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi