Bilik Günü qeyd olunub

    16 setnyabr 2024-cü il tarixində məktəbdə Bilik Günü ilə bağlı tədbir keçirilib.

    Tədbirdə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev, təlim tərbiyə işləri üzrə direktor müavinləri , müəllim və valideynlər iştirak ediblər.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıb, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb.

    Qeyd edək ki, bu il ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Tədbirdən sonra qonaqlar ilk dərs prosesini də izləyiblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi