"Son zəng" tədbiri

    İyunun 14-də UBTR Günay Rəsulovanın təşkilatçılığı ilə məktəbdə “Son zəng” tədbiri keçirilib.

    Tədbirdə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev, Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Gəncəli Rəhimzadə, təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, Aynurə Ağayeva, müəllim-şagird kollektivi, valideynlər iştirak edib.

     Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

     Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. 

     Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Gəncəli Rəhimzadə məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər.

      Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi