“Yaşıl dünya“ adlı tədbir

    22 may 2024-cü il tarixində 5”C” sinfində ingilis dili müəllimi Aytən Əskərovanın rəhbərliyi ilə “Yaşıl dünya“ adlı tədbir keçirildi.

   Tədbirdə şagirdlər ətraf mühitin qorunması, iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri haqqında çıxışlar söylədilər, təbiət mövzusunda mahnı nümayiş etdilər.

   Tədbir rəhbəri Əskərova Aytən müəllimə şagirdlərə hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının( COP) 29- cu sessiyasının Bakıda keçiriləcəyi haqqında məlumat verdi. Müəllimə bildirdi ki, COP 29 konfransına ev sahibliyi Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqİ davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl Dünya naminə həmrəylik ili ” elan edilib.

   Tədbirdə  həmçinin ingilis dili üzrə metodbirləşmə sədri Müzəyyən Şıxıyeva, tərbiyə işləri üzrə direktor müavini Hüseynov Rahil, Azərbaycan Dövlət  Dillər Universitetinin metodisti Nərmin müəllimə və təcrübəçilər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi