"Təhsilli qadın, təhsilli cəmiyyət" adlı tədbir

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya və biologiya" fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə BİO2002B qrup tələbələri Sevda Quliyeva, Aytac Quluyeva, Gülçin Qurbanova, Sərvinaz Mamedova, Nurlana Məmmədli, Əhliyət Məmmədov, Aysu Tərlan, metodist Lalə Sarıyeva, Biologiya və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi İradə Məmmədovanın rəhbərliyi ilə "Təhsilli qadın, təhsilli cəmiyyət" adlı tədbir təşkil ediblər.

     Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbir müxtəlif maarifləndirici səhnəciklər, musiqi nömrələri ilə davam edib. Tələbələr onlara göstərilən dəstəyə və yaradılan şəraitə görə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, sinif rəhbəri Nailə Vəliyeva və fənn müəllimləri  Rəfiqə Aşurova, Yeganə Kazımovaya təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi