Badminton üzrə turnir keçirilib

    08.05.2024-cü il tarixində Xətai rayonunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə məktəbin müəllimləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton üzrə turnir keçirilib.

    Turnir Badminton Federasiyasının təlimçisi Kərim Musayev tərəfindən həyata keçirilib. Təlimdə 20 nəfər (10 qadın, 10 kişi) müəllim iştirak edib.

    Qeyd edək ki, tədbirdə BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədli, məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev iştirak ediblər.

    Turnirin yekununda qalib müəllimlərə Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlar, təlimçiyə isə təşəkkürnamə təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi