İngilis dili fənni üzrə bilik yarışı keçirildi

    İngilis dili aylığı çərçivəsində məktəbin ingilis dili müəllimləri Aydan Sadıqova və Aytən Əkbərova 25 aprel 2024-cü il tarixində V siniflər arasında bilik yarışı keçirdilər.

    Yarışma 3 raunddan ibarət idi. I raund - müxtəlif suallardan, II raund - işarələr və mimikalarla sözlərin tapılmasından, III raund isə şəkillər üzrə kiçik nağıl yazmaqdan təşkil olunmuşdur. Komandalar çox fəal iştirak edirdilər.

     Yarışmada ingilis dili üzrə metodbirləşmə sədri Müzəyyan Şıxıyeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov iştirak edirdi. Sonda bütün iştirakçılara həqiyyələr təqdim olundu, qalib komandanın üzvləri isə diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi