"Yer kürəsini qoruyun" mövzusunda tədbir

    23 aprel 2024-cü il tarixində ingilis dili  müəllimi Esmira Cəfərova 6”A” sinfində “Save the Earth” – “Yer kürəsini qoruyun” mövzusunda tədbir keçirdi. Tədbirdə şagirdlər planetin necə qorunması, ətraf aləmin çirklənməsi haqqında  hazırladıqları layihələri təqdim etdilər. Planetin qorunması üçün nəyi etmək olar, nəyi etmək olmaz mövzusunda kiçik bir tamaşa nümayiş etdirdilər. Sonda şagirdlər Yer kürəsi haqqında mahnı ifa etdilər, video-çarx nümayiş olundu.

    Tədbirdə həmçinin məktəbin ingilis dili fənni üzrə metodbirləşmə sədri Müzəyyan Şıxıyeva, müəllimlərdən Mahirə Cabbarova, Vəfa Nadirova, sinif rəhbəri Mehparə Bəxtiyarova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi