Şagirdlərin Azərbaycan Respublikası Dövlət Sərdhəd Xidməti Akademiyasına ekskursiyası

   08 aprel 2024-cü il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və rus dili müəllimi Şəhla Nəsirovanın rəhbərliyi ilə IX və X siniflərdən bir qrup şagirdlərin Azərbaycan Respublikası Dövlət Sərdhəd Xidməti Akademiyasına ekskursiyası təşkil olunmuşdur.

    Ekskursiya zamanı şagirdlər akademiyanın kitabxanası, təhsil korpusu. Təlim otaqları ilə tanış olmuşlar. Şagirdlərə kursantların təhsili, təlimi və asudə vaxtlarının təşkili haqqında geniş məlumat verilmişdir. Həmçinin şagirdlər şəhid olmuş sərhədçilərin xatirəsinə həsr olunmuş lövhə ilə tanış olmuş, onlara şəhid sərhədçilərin qəhrəmanlığı və şücarətləri haqqında məlumat verilmişdir.

    Şagirdlərin daha çox maraq və heyranlığına səbəb olan isə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi idi.

    Ekskursiyanın sonunda məktəbin və akademiyanın nümayəndələri xatirə çəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi