“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən tədbirlərə dəstək

    Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

    Bu səbəblə Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmrinə əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən tədbirlərə dəstək məqsədilə UBTR Günay Rəsulovanın rəhbərliyi ilə şagirdlərlə birgə məktəb ərazisində ağacəkmə aksiyası keçirib, müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi