"Bullinq, bullinqin növləri və əlamətləri haqqında" maarifləndirici seminar

   Məktəbin psixoloqu Vəfa Ağayeva 02 aprel 2024-cü il tarixində 9-10-11-ci siniflərində dövrümüzün ən aktual problemlərindən biri olan "Bullinq, bullinqin növləri və əlamətləri haqqında" şagirdlərə maarifləndirici seminar keçirdi.

    Bu maarifləndirici seminarın keçirilməsində əsas məqsəd şagirdlərə bullinq davranışını başa düşməyə, tanımağa və onun qarşısını almağa kömək etməkdən ibarət idi.

    “Bullinq” – güc bərabərsizliyi şəraitində güclü tərəfin zəif tərəfə bilərək və istəyərək müəyyən zaman aralıqlarında davamlı olaraq tətbiq etdiyi fiziki, psixoloji hücumdur. Bu səbəblə bullinqə məruz qaldıqda və ya məruz qalan şəxsi gördükdə buna səssiz qalmaq olmaz. Dərhal lazımi qurumlara və ya rəhbərliyə bu barədə məlumat vermək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi