“Dəyirmi masa”
Məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova 7”C” sinif şagirləri ilə Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərində “Ətraf mühitin qorunması" mövzusunda “Dəyirmi masa” keçirdi. Şairin "Xəmsə"sinə daxil olan poemalardan nümunələr göstərildi və təbiətin qorunmasına yönəlmiş fikirlər müzakirə olundu.
Nizami Gəncəvi bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğı göstərməyə çağırıb. Canlı təbiətin qorunması mövzusu Nizaminin “Yeddi gözəl”, “Xosrov və Şirin”. “Leyli və Məcnun” və digər poemalarında da öz əksini tapıb.