"Unudulmaz qəhrəmanlar"

    09.04.2024-cü il tarixində 3”G” sinif  müəllimi Dinar Salmanova Azərbaycan dili fənnindən "Unudulmaz qəhrəmanlar" mövzusunda açıq dərs keçirdi. Mövzuya uyğun olaraq müəllim igidlər məskəni olan Azərbaycanın yetişdirdiyi igidliyin, cəsurluğun ən yüksək zirvəsinə ucalmış qəhrəmanlar haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlər tarix səhifələrində öz izini buraxmış qəhrəmanlar haqqında öz araşdırmalarını, öyrəndikləri məlumatları fərəh hissi ilə təqdim etdilər.

     Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, ibtidai sinif müəllimlərindən Əsli Nuruyeva və Gülnarə Səmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi