“Vurma və bölmənin əlaqəsi”

   03 aprel 2024-cü il tarixində məktəbin 2”A” sinif müəllimi Leylan Yaqubova riyaziyyat fənnindən nümunəvi dərs keçirdi. “Vurma və bölmənin əlaqəsi” mövzusunda keçirilən dərsin məqsədi şagirdlərdə riyazi bacarıqları daha da formalaşdırmaq, sürətli hesablama vərdişlərini artırmaq, vurma və bölmə əməlini təkrarlayıb möhkəmləndirmək  idi.

    Dərs zamanı müəllim interaktiv təlim metodlarından, elektron lövhədən istifadə etdi. Şagirdləri qruplara bölərək, onlara tapşırıqlar verdi. Daha sonra şagirdlər slayd şəklində hazırlanan tapşırıqları da yerinə yetirdilər. Sonda qruplar qiymətləndirildilər.

    Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Reyhan Zeynalova və Əsli Nuruyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi