"Bura Vətəndir" mövzunda nümunəvi dərs
02.04.2024-cü il tarixində məktəbin 3”Ə” sinif rəhbəri İranə Nağızadə Azərbaycan dili fənnindən "Bura Vətəndir" mövzusunda açıq dərs keçirdi. Dərsin keçirilmə məqsədi şagirdlərin mövzunu daha yaxşı mənimsəməsi, tariximizi dərindən öyrənməsi idi.
Müəllim dərsi interaktiv təlim metodlarına uyğun olaraq təşkil etdi. Şagirdlərə Zəfər tariximiz haqqında önəmli məlumatlar verildi və mənimsədildi. Müxtəlif öyrədici oyunlar oynanıldı və qrup işləri təşkil olundu.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və ibtidai sinif müəllimləri iştirak etdilər.