“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən təşkilat saatı
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəbin Ana dili və ədəbiyyat müəllimi Məhbubə Musayeva 9”D” sinfində təşkilat saatı keçirdi.
Dərsin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi şair və mütəfəkkirlərin öz əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi idi.