Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində bayram tədbiri
18.03.2024-cü il tarixində “Novruz bayramı” ərəfəsində məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev və təlim-tərbiyə üzrə direktor müavini Aynurə Ağayeva Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində bayram tədbiri təşkil etdilər. Tədbiri təşkil etməkdə məqsəd orada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram sovqatı paylamaq və Novruz hədiyyələrini gözləyən sığınacağın balaca sakinlərinin bayram əhval-ruhiyyəsinə xüsusi sevinc qatmaq idi.
Tədbirdə məktəbin ibtidai sinif müəllimləri və valideynləri də fəal iştirak etdilər. Onlar uşaqlarla bayram sevincini bölüşməklə yanaşı onların problemləri ilə də yaxından tanış oldular.