"Novruzun adət-ənənələri" adlı tədbir
Məktəbin 4”Ç” sinif müəllimi Dilarə Hüseynova "Novruzun adət-ənənələri" adlı tədbir təşkil etdi. Tədbirin keçirilməsində məqsəd şagirdləri milli adət-ənənələrlə daha yaxından tanış etmək idi.
Bayram əhval-ruhiyyəli tədbirdə müəllim şagirlərə çərşənbələr haqqında danışdı. Şagirdlərlər hazırladıqları Keçəl və Kosa səhnəciyini nümayiş etdirdilər. Daha sonra qızlar hakıştalar söyləyib, rəqslərlə çıxış etdilər.