“Novruz əyləncələri”
14.03.2024-cü il tarixində məktəbin 4”Ə” sinfində musiqi fənnindən nümunəvi dərs keçirildi. Dərsin mövzusu “Novruz əyləncələri” idi. Dərs kollektiv və kiçik qruplar şəklində təşkil olundu. Dərs zamanı müzakirə, dinləmə, mahnı oxuma, rəqsetmə, oyun, uyğunlaşdırma, dərsliklə iş üsullarından istifadə edildi.
Şagirdlər “Su, od, yel, torpaq” çərşənbələri olmaqla qruplara bölündülər. Müəllim Aygün Dadaşova “Musiqili bağlama” oyunu keçirdi. Qruplar həvəslə oyun zamanı rəqs edib, mahnı oxuyub, məlumat verdilər. Dədə Qorqud məktəb kollektivini təbrik etdi, Kosa və Keçəl şənliyə qoşuldu.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Naridə Əliyeva , Zərifə Məmmədova, Əsli Nuruyeva, Günay Piriyeva iştirak etdilər.