Taekvandonçu Fəridə Əzizovanın şagirdlərlə görüşü

   

   “İdmansevərlər” layihəsinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-124F/2023 nömrəli əmrinə və layihənin Tədbirlər Planına əsasən Azərbaycanlı taekvandoçu, Dünya və Avropa çempionu, V İslam Həmrəylik oyunlarının qalibi Fəridə Əzizovanın şagirdlərlə görüşü keçirildi.

     Görüş zamanı idmançının uğurlarını əks etdirən video-çarx nümayiş olundu. Daha sonra şagirdlər onları maraqlandıran sualları idmançıya ünvanladılar.

     Qeyd edək ki, Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Büdapeşt şəhərində gənclər arasında Avropa çempionatını gümüş medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Daha sonra Fəridənin uğurları ard-arda gəlməyə başladı. Belə ki, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc, 2012-ci ildə  Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.

      Fəridə Əzizovanın nailiyyətləri saymaqla bitməz. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarını gümüş medalla başa vuran Fəridə Əzizova Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edildi. Nə yaxşı ki, Azərbaycanın idman sahəsində Fəridə Əzizova kimi güclü və gənclərin örnək götürəcəyi qadın idmançımız var.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi