“Pullar”
04 mart 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Günay Piriyeva həyat bilgisi fənnindən “Pullar” mövzusu üzrə açıq dərs keçirdi.
Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimlərindən Reyhan Zeynalova, Aygün Dadaşova, Aytən Ovçuyeva iştirak etdilər.
Dərs zamanı Azərbaycanın yeni nəsil əsginas və sikkələri video-çarx şəklində nümayiş olundu. Qeyd edək ki, yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib. 1 manat - mədəniyyət, 5 manat - yazı və ədəbiyyat, 10 manat - tarix, 20 manat - Qarabağ, 50 manat – təhsil və gələcək, 100 manat isə iqtisadiyyat və inkişaf mövzularına həsr olunub.
Sonda şagirdlər qruplara bölünərək verilən tapşırıqları vaxtında yerinə yetirərək təqdim etdilər.