Şagirdlərinin velo-məktəbin nümayəndələri ilə görüşü
İdmansevərlər” layihəsinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-124F/2023 nömrəli əmrinə və layihənin Tədbirlər Planına əsasən məktəbin tərbiyə işləri üzrə direktor müavinin Rahil Hüseynovun təşkilatçılığı ilə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə məktəbin akt zalında V və VI sinif şagirdlərinin velo-məktəbin nümayəndələri ilə görüşü keçirildi.
Görüşdə velo-məktəbin yetirməsi və eyni zamanda milli komandanın üzvü olan məktəbin 10-cu sinif şagirdi Rəşad Əliyev də iştirak edirdi.