“Xocalı soyqırımı"nın 32-ci il dönümünə həsr olunmuş “Dəyirmi masa”
Məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova “Xocalı soyqırımı"nın 32-ci il dönümünə həsr olunmuş “Dəyirmi masa” keçirdi.
7"A" sinif şagirdlərinin iştirakı ilə keçirilən ”Dəyirmi masa”da əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər Xocalı faciəsi haqqında öz fikirlərini bildirdilər.
“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd böyüməkdə olan yeni nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq idi .
Kitabxanaçı onu da qeyd etdi ki, bu həyəcanlı və ağrılı tarix millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələndi.
Sonda UBTR Günay Rəsulova şagirdlərə bu faciəni unutmamağa çağırdı.