Xocalını unutmayaq, unutdurmayaq!
Ordumuzun tam qələbəsindən sonra təbii ki, keçmişimizi unuda bilməzdik. Buna görə də məktəbin ibtidai sinif müəllimi İradə Nağızadə 26 fevral 2024-cü il tarixində anım günü keçirib. Anım günü 26 Fevral – Xocalı soyqırımı qurbanlarına həsr olunub.
Anım gününün keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini oyatmaq, keçmişimizi və mənfur düşməni unutmamaq, xalqımıza qarşı törədilmiş cinayətlərin üstünü örtməyə icazə verməmək idi.
Həmin gün şagirdlər öz şeirləri və göstərdikləri səhnəciklə Xocalı soyqırımını bir daha yad ediblər.
Allah rəhmət eləsin!