“Xocalı Soyqırımı”nın 32-ci  il dönümünə həsr olunmuş dərs

     26 fevral 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Dilarə Hüseynova 4”Ç” sinfində “Xocalı Soyqırımı”nın 32-ci  il dönümünə həsr olunmuş dərs təşkil etdi.

     Dərs başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

     Müəllim Dilarə Hüseynova 26 fevral 1992-ci il Xocalı camaatının başına gətirilən müsibətlər haqqında şagirdlərə məlumat verdi, video-çarx nümayiş etdirdi. Dərs şagirdlərin Xocalıya həsr olunmuş şeirlərin söylənməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi