Beynəlxalq Kitab Bağışlama Günü
14 fevral - Beynəlxalq Kitab Bağışlama Günüdür. Bununla əlaqədar olaraq məktəbin 1”B” – “Sağlam təhsil” sinfi və müəllim Aytən Ovçuyeva şagirdlərlə birgə məktəb kitabxanasına ekskursiya etdilər. Müəllim və kitabxanaçı Fəxriyyə Cəfərova şagirdləri bu gün münasibəti ilə təbrik etdilər. Kitabla bağlı maraqlı məlumatlar verdilər.
Daha sonra kitabxanaçı şagirdləri kitabxanadan istifadə qaydası ilə, kitabları rəflərə nəyə əsasən yığıldığı barədə məlumatlandırdı. Şagirdlər də kitab haqqında bir-birindən gözəl və maraqlı şeirlər, aforizimlər səsləndirdilər.
Sonda şagirdlər bir-birilərinə kitab hədiyyə etdilər .