"Dövlət orqanları" mövzusunda nümunəvi dərs
08.02.2024-cu il tarixində məktəbin 4 “E” sinif rəhbəri Nübar Həsənova həyat bilgisi fənnindən "Dövlət orqanları" mövzusunda nümunəvi dərs təşkil etmişdi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və ibtidai sinif müəllimi Dinar Salmanova iştirak etmişdilər.
Müəllim tərəfindən hazırlanan slayd izlənildikdən sonra qrup işi təşkil edilmiş, şagirdlərin apardıqları araşdırmalar təqdim edilərək müzakirə təşkil olunmuşdur.
Hər bir qrup ayrı-ayrı dövlət orqanlarının funksiyaları haqqında geniş məlumat vermişdir.