"Reproduktiv sağlamlıq" mövzusunda seminar
16.01.2024-cü il tarixində məktəbin psixoloqu Vəfa Ağayeva 8-9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda seminar keçirdi. Semnarın keçirilməsində əsas məqsəd şagirdləri neqativ asılılıqlar olan siqaret, alkoqolizm, narkomaniya ilə bağlı məlumatlandırmaq, cinsi yetişkənlik haqqında bilgilər vermək, erkən nikahın fəsadları barədə maarifləndirmək idi.
Seminar zamanı psixoloq onu da bildirdi ki, reproduktiv sağlamlıq insanın fiziki, əqli və sosial rifah halı, nəsil artımı qabiliyyətinin olması deməkdir. Yəni, sağlamlığımızı qorumaq və sağlam həyat tərzi keçirmək bizim gələcək həyatımızda mühüm rol oynayır.
Seminarın sonunda Vəfa Ağayeva şagirdlərə bu cür hallara qarşı diqqətli olmaq, belə vəziyyətlə rastlaşanda məktəb psixoloquna müraciət etməyi tövsiyə etdi.