"Qan Yaddaşımız" adlı tədbir
19.01.2024-cü il tarixində məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynovun təşkilatçılıgı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Qan Yaddaşımız" adlı tədbir keçirildi. TədbirdəTəlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, müəllimlərdən Şəhla Əsədova, Ülviyyə Fətullayeva, Esmira Cəfərova qonaq qismində iştirak etdilər.
10-cu sinif şagirdlərinin tarixi faktlara əsaslanaraq hazırladıqları səhnəciklər həmin gecəni bir daha hər kəsin gözü önündə canlandırdı.
Tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev tarixi faktlardan danışaraq bir daha 1990-cı il hadisələrini yada saldı. UBTR Günay Rəsulova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı tarixi hadisəni səhnədə canlandırdıqları üçün şagirdlərə xüsusi təşəkkürünü bildirdi.