20 Yanvar facəsinin ildönümünə həsr olunmuş tədbir
19 yanvar 2024-cu il tarixində ibtidai sinif müəllimi Zərifə Məmmədovanın təşkilatçılığı ilə 1”C” sinfində 20 Yanvar facəsinin ildönümü ilə əlaqədar tədbir keçirdi.
Ilk öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllim 20 Yanvar hadisələrini əks etdirən video-çarx təqdim etdi. Video-çarxdan sonra müəllim həmin gecə baş verənlər haqqında şagirdləri məlumatlandırdı. O bildirdi ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib: “Ümumilli lider Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş olundu.